Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2022 09:15
Türkiyəli aktrisa Beren Saat müğənni həyat yoldaşı Kənan Doğulu ilə münasibətindən danışıb.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Orda rahatmısın" proqramında boşanma ərəfəsində olduqları andan danışıb:
"Biri-birimizi tanıyanda 27 yaşım var idi, qərarsız qalmışdım. Amma indi qərarlarımdan əminəm, Kənanı çox yaxşı tanıyıram. Birlikdə yaratmaq bizi çox bəslədi. Özümüzə yenidən heyran olmaq üçün yer açdıq. Kənanla çox xoşbəxtik. Onu yaşamaq lazım idi. Musiqi başqadır, mənə doğruları göstərdi. Biz biri-birimizi yenidən qazandıq. Kənanın varlığı mənim üçün böyük şansdır".