Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2022 16:05
Tanınmış Şairə Nazilə Səfərli Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı ilə yaşadığı qalmaqaldan danışıb.
Sonxeber.net Olay-a istinadən xəbər verir ki, o, bu barədə "Astar" yutub layihəsinə qonaq olarkən söz açıb. N. Səfərli cəriməni ödədiyini, lakin qarşı tərəfdən üzr istəmədiyini qeyd edib:
"Xoşqədəmlə olan hadisədə ağzım yanmadı, qalmaqal əyləncəli idi. Mənə elə-belə adam sataşmayıb ki? Şərəf verib. Xoşqədəm böyük "skandalist", heç nədən qaçmayan insan kimi mükəmməldir. Siz onu balaca biri kimi görməyin. Bu dəqiqə Xoşqədəmə kinim yoxdu. Meydana çağırdı, sözümüzü dedik. Mənə minnətdar olmalıdır ki, onun zəif nöqtəsindən istifadə etmədim. Qanundan yayındığım üçün 300 manat cərimə ödədim".