Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2022 16:38
Məşhur kriminal avtoritet "Vəhşi Arman" ləqəbli Armen Cumagəldiyev Türkiyədən Qazaxıstana qayıdıb.
Sonxeber.net-ın lent.az-a istinadən məlumatına görə, o, "Instagram" səhifəsində qazax xalqına müraciət edərək, quldurluq və baş verən özbaşınalıqları dayandırmağı, təxribatçılara uymamağı xahiş edib.
Avtoritet etirazçıları dinc mitinqlərə çağırıb. Onun sözlərinə görə, baş verən hadisələr zamanı insanlar ölür, evlər, mağazalar və banklar yağmalanır.
"Bu məgər mitinqdir? Bu xaosdur, anarxiyadır", - deyə o bildirib.
Xatırladaq ki, "Vəhşi Arman" "Lotu Quli"nin ən yaxın adamlarından biridir.