Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Grammy” koronaya görə təxirə salındı

“Grammy” koronaya görə təxirə salındı

Tarix: 6 Yanvar 2022 16:50

Musiqi dünyasının Oskarı adlandırılan "Grammy" mükafatlandırma mərasimi təxirə salınıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu ay Los-Ancelesdə keçirilməsi planlaşdırılan tədbirin tarixi koronavirusa görə dəyişdirilib. Bu barədə təşkilatçılar məlumat yayıb.

Bildirilib ki, virusun yeni ştamı Omikronla bağlı risk yarandığı üçün bu qərar verilib.

64-cü dəfə keçiriləcək olan mərasimin tarixi isə yaxın zamanda açıqlanacaq.

Milli.Az


Etiketlər:  Grammy koronaya görə təxirə salındı


RƏYLƏR