Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Respublikaçılar Baydenə impiçment elan etməyə hazırlaşır

Respublikaçılar Baydenə impiçment elan etməyə hazırlaşır

Tarix: 6 Yanvar 2022 18:26

Respublikaçılar Partiyası 2022-ci ildə Nümayəndələr Palatasına geri qayıda bilsə, ABŞ prezidenti Co Baydenə impiçment elan etməyi planlaşdırır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Texasdan olan senatoru Ted Kruz bildirib.

Senatorun sözlərinə görə, respublikaçılar keçmiş prezident Donald Trampa demokratların  impiçment cəhdinə görə belə cavab verməyi planlaşdırır.

Kruz Respublikaçıların Nümayəndələr Palatasında qələbə şansının 90%, Senatı geri qaytarma şansının isə 50% olduğunu bildirib.

Bundan əvvəl ABŞ Konqresi Baydenin oğlu ilə bağlı korrupsiya qalmaqalına görə ona impiçment elan edilməsini istəmişdi. Həmçinin Nümayəndələr Palatasından respublikaçı Lauren Bobert də ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasında yol verdiyi səhvlərə görə prezident Baydenin istefasını tələb etmişdi.

Milli.Az


Etiketlər:  Respublikaçılar Baydenə impiçment elan etməyə hazırlaşır


RƏYLƏR