Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Sənəd gətirsin ki, mahnı onundur, şəhid mahnılarından pul qazanmazlar” - QALMAQAL

“Sənəd gətirsin ki, mahnı onundur, şəhid mahnılarından pul qazanmazlar” - QALMAQAL

Tarix: 7 Yanvar 2022 04:35

"Nicat Haşımov mahnını hərbi xidmətdə oxuyub, bu mahnı da mənim qabağıma facebook sosial şəbəkəsində çıxıb. Hələ bilinmir ki, mahnı onundur ya onun deyil. O sadəcə oxuyub, ola bilər ki, mahnı başqasının olsun. Mən də mahnını götürüb, sözlərini dəyişib oxumuşam. Müəllifə hörmət naminə təkcə nəqarətinin sözlərini saxlamışam. Mən heç yazmamışam ki, mahnının söz və musiqisi mənə aiddir. 600 manat da verib aranjman etdirmişəm. Mahnı işıq üzü görəndən 1-2 ay sonra mənə zəng etdi ki, həmin mahnının müəllifi mənəm. Mən də ona dedim ki, hələ bilinmir ki, mahnı sənindir ya sənin deyil. Əgər mən yazsaydım ki, mahnının müəllifi mənəm, bax o zaman düzgün olmazdı, sənə qarşı böyük haqsızlıq olardı. Müəllif hüquqları da yoxdur, müharibə dönəmində o qədər hərbçilərin oxuduğu videolar ortaya çıxıb ki"

Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış meyxanaçı Rüfət Nasosnu musiqiçi Nicat Haşımovun açıqlamasına uyğun olaraq deyib. O daha sonra əlavə edib.

"Məndən xahiş etdi və yutubdan sildim. Aranjmana verdiyim 600 manatım da batdı. Amma instaqramda hissə-hissə paylaşmışdım. İki şəhidin xatirəsinə həsr edib, fon musiqisi kimi həmin mahnıdan istifadə etmişəm. Siz də yaxşı bilirsiniz ki, şəhid mahnılarından pul, reytinq qazanmaq olmur, mən bunu qazanc üçün etməmişəm. Burada mənim xeyrim yoxdur, ola da bilməz. Bu məsələ ilə bağlı açıqlama vermək istəməzdim, amma məcbur olub danışdım. Gedib sənəd gətirsin ki, mahnı mənimdir. Mən oxumuşam başqa şeydir, mahnı mənimdir isə başqa şey" deyə meyxanaçı bildirib.


Etiketlər:  Sənəd gətirsin mahnı onundur şəhid mahnılarından qazanmazlar QALMAQAL


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ