Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Abşeronda bir evdə 3 nəfərin çürümüş meyiti aşkarlandı

Abşeronda bir evdə 3 nəfərin çürümüş meyiti aşkarlandı

Tarix: 7 Yanvar 2022 12:40

Abşeron rayonunda bir evdə 3 nəfərin dəm qazından boğularaq ölməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Milli.Az xəbər verir ki, hadisə Saray qəsəbəsində qeydə alınıb. Evlərdən birində 3 kişi meyiti aşkar edilib. Meyitlərə keçirilən baxış zamanı onların dəm qazından boğularaq öldüyü məlum olub. Hadisənin bir müddət əvvəl baş verdiyi ehtimal olunur. Belə ki, hər 3 meyit çürümüş vəziyyətdə olub. Ölən şəxslərin İmişli rayon sakinləri - 1966-cı il təvəllüdlü Nərimanov Akif Bəybala oğlu, 1965-ci il təvəllüdlü Əliyev Gülağa Kamil oğlu və 1981-ci il təvəllüdlü Alışov Elşən Eldar oğlu olduğu müəyyən edilib.

Onlar həmin evdə təmir işləri aparıb, orada da qalırmışlar.

Milli.Az


Etiketlər:  Abşeronda bir evdə 3 nəfərin çürümüş meyiti aşkarlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ