Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2022 13:48
Pakistan prezidenti Arif Alvi COVID-19-a yoluxub.
Ötən ilin martında xəstələnən dövlət başçısının testi yenidən müsbət çıxıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə prezident özünün "Twitter" hesabından məlumat verib.
O, vətəndaşlardan karantin tədbirlərinə əməl etmələrini xahiş edib.
Qeyd edək ki, Alvi sonuncu dəfə 29 mart 2021-ci ildə koronavirusa yoluxub.