Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2022 21:16
Fransa hakimiyyəti koronavirus səbəbindən məktəblərdə sinifləri kütləvi şəkildə bağlayır.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, artıq ölkədə 9202 sinif bağlanıb. Bu da ötən ilin yazından bəri ən yüksək göstəricidir. 2021-ci ilin aprel ayında Fransada pandemiya dövrü ərzində rekord sayda - 11 min sinif bağlanmışdı.
Fransa Təhsil Nazirliyinin yayımladığı press-relizdə ölkə ərazisində 28 təhsil müəssisəsinin tam bağlandığı bildirilir. Məktəb və siniflərin bağlanmasına şagirdlər və əməkdaşlar arasında yoluxma hallarının kəskin artması səbəb olub.
Nazirliyin məlumatına görə, hazırda tələbələr və şagirdlər arasında 47 min 453, təhsil müəssisələrinin əməkdaşları arasında isə 5631 yoluxma faktı təsdiqlənib.