Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2022 08:28
Qazaxıstanda Nursultan Nazarbayev adına Beynəlxalq Hava Limanı fəaliyyətini bərpa edib.
Sonxeber.net "Report"a istinadən bildirir ki, hava limanının girişində hərbi keçid məntəqəsi yaradılıb, lakin daxil olan avtomobillərdə axtarış aparılmır. Hava limanının girişində vətəndaşlardan aviabilet və ya xidməti vəsiqələrini təqdim etmələri xahiş olunur.
Vətəndaşların yoxlanılması hərtərəfli, lakin tez bir zamanda aparılır. Aeroportda polis əməkdaşlarından başqa bir neçə hərbçi və kinologlar da var. Nur-Sultana uçuşlar olmadığı üçün gəliş zalı işləmir.