Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı və Ağdamın bəzi ərazilərində qaz olmayacaq

Bakı və Ağdamın bəzi ərazilərində qaz olmayacaq

Tarix: 2 Sentyabr 2019 09:56

Bakı. Trend:

Sentyabrın 2-də Bakının Səbail rayonunda saat 12:00-dan 16:00-dək bir qrup abonentin qaz təchizatında fasilə yaranacaq.

“Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, sözügedən ərazidə dövlət yoxlamasından keçirilmiş yeni qurğular əvəzlənəcək, metroloji göstəricilər təftiş olunacaq.

Bundan başqa, saat 10:00-dan etibarən işlər başa çatanadək Ağdam rayonunun bir neçə qəsəbə və kəndində qaz təchizatında dayandırmalar olacaq. Bu müddət ərzində orta təzyiqli yeraltı qaz xətti üzərində quraşdırılmış siyirtmənin araqatının dəyişdirilməsi işləri aparılacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakı Ağdamın bəzi ərazilərində olmayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ