Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2022 11:56
İnternetin kəsilməsi səbəbindən Qazaxıstan iqtisadiyyatı 189 milyon dollar itirib.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki,qazaxıstanlı istifadəçilərin 95 faizi hələ də internetə qoşulma problemi yaşayır.
Qeyd edək ki, ölkədə internetin fəaliyyətini dayandırması faktı yanvarın 5-də məlum olub. Respublikada messencerlər, xüsusilə Vatsap və Teleqram da işləməyib.
Yanvarın 7-də Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev xalqa müraciəti zamanı ölkənin bəzi bölgələrində internetin müəyyən vaxt intervalında açılması barədə qərar qəbul etdiyini açıqlayıb.