Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Onun böyük həyat təcrübəsi var'' - Ermənistan müdafiə nazirinin yeni köməkçisi - FOTO

''Onun böyük həyat təcrübəsi var'' - Ermənistan müdafiə nazirinin  yeni köməkçisi - FOTO

Tarix: 11 Yanvar 2022 23:14

"Onun böyük həyat təcrübəsi var və təyinatı uğurlu sayıram".

Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan 21 yaşlı Mane Markosyanın müdafiə nazirinin köməkçisi postuna təyinatını belə şərh edib.

Sonxeber.net Ermənistan mediasına istinadən bildirir ki, A.Sarkisyan söyləyib: "Ermənistandakı jurnalistlərə inansaq, nazirlikdə kadr darmadağınıdır. Əslində belə deyil. Bir neçə dəyişikliyi kadr darmadağını adlandırmaq olmaz".

21 yaşlı M.Markosyanın hərbi sahədə biliklərinin olmadığına görə belə postan təyinatının nə dərəcədə məntiqi olması ilə suala isə A.Sarkisyan cavab verib: "Müdafiə nazirinin köməkçisinin belə biliklərə malik olmaması heç bir problem yarada bilməz".

M.Markosyan əvvəllər sabiq baş nazir müavini Suren Papikyanın köməkçisi idi.


Etiketlər:  Onun böyük həyat təcrübəsi Ermənistan müdafiə nazirinin yeni köməkçisi FOTO


RƏYLƏR