Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2022 12:15
"Məni nə şöhrət, nə də əziyyət dəyişdi. Bir əqidədə yaranıb, elə də yaşayıram. Həyatımda yalan yoxdur. Acı da olsa, doğru olsun. Zəngin görünürəmsə, bu, zənginliyimdəndir".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Məleykə Əsədova "Günün sədası" proqramında deyib. Aktrisa şəxsi həyatı ilə bağlı açıqlamalar edib. O bildirib ki, bir neçə dəfə övladını itirib:
"Oğlan övladı istəmirəm. İkinci övlad da istəmirəm. Bir neçə dəfə övladım oldu və itirdim. Oğlan idi... Hər zaman arzulamışam ki, qızım olsun. Gülər də Allahın mənə verdiyi ən böyük hədiyyədir".