Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Həkimlərimizi tanıyın!” - Mərkəzi Gömrük Hospitalının həkim-nevroloq və EEQ mütəxəssisi Dr.Mənsumə Talıbova

“Həkimlərimizi tanıyın!” - Mərkəzi Gömrük Hospitalının həkim-nevroloq və EEQ mütəxəssisi Dr.Mənsumə Talıbova

Tarix: 2 Sentyabr 2019 14:28

Bakı. Trend:

Dr. MƏNSUMƏ TALIBOVA Mərkəzi Gömrük Hospitalında sinir sisteminin damar xəstəlikləri, demilezin xəstəliklər, baş beyin və onurğa beyin travmaları, epilepsiya, miasteniya, periferik sinir sisteminin xəstəlikləri, osteoxondrozlar, irsi xəstəliklər, sinir sisteminin infeksion xəstəlikləri, uşaq serebral ifliclər, sinir sisteminin funksional pozğunluqları və nevrozların müalicəsini həyata keçirir.

Dr. Mənsumə Talıbova 1981-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirmiş, 1981-1982-ci illərdə 1 nömrəli Klinik Psixiatrik xəstəxanasında internatura keçmişdir. Əmək fəaliyyətinə 1983-cü ildə başlayaraq, 2011-ci ilə qədər müddətdə dövlət və özəl tibb müəssisələrində psixonevroloq, həkim-nevroloq və şöbə müdiri vəzifələrində çalışıb.

Təcrübəli həkim Mənsumə Talıbova özünə qarşı tələbkar və məsuliyyətlidir. O, dünya tibb elminin son nailiyyətlərini daim izləyir, öyrənir və bu təcrübədən yararlanaraq öz fəaliyyətində istifadə edir. O, 2010-cu ildə Fransanın Nitsa şəhərində keçirilən “Baş ağrıları və miqren” mövzusunda seminarda, 2011-ci ildə Avstriyanın Zalsburq şəhərində “Serebral xəstəliklərinin müalicəsi”, 2013-cü ildə Türkiyənin Uludağ şəhərində keçirilən “Nevrologiya günləri”ndə, “Epilepsiya, miqren və dağınıq skleroz, diaqnostik və müalicəvi üsulları” konfransında, 2014-cü ildə Fransanın Nitsa şəhərində 23-cü Avropa konfransında, 2015-ci ildə Bakı şəhərində “Korvitinin kardioloji və nevroloji praktikada istifadəsi” mövzusunda konfransda iştirak etmişdir.

2011-ci ildən Dr. Mənsumə Talıbova Mərkəzi Gömrük Hospitalında həkim-nevroloq və EEQ mütəxəssisi kimi çalışır. Dr.Mənsumə Talıbovanın qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/mensume-talibova/#M%C9%99nsum%C9%99%20Tal%C4%B1bova

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Həkimlərimizi tanıyın Mərkəzi Gömrük Hospitalının həkim nevroloq mütəxəssisi DrMənsumə Talıbova


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ