Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2022 14:24
Amerikalı reper Kanye Uest fanatına bədən xəsarətləri yetirməkdə şübhəli bilinir.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə TMZ portalı yazıb. Hadisə Los-Ancelesin mərkəzindəki Soho West klubunun yaxınlığında baş verib. İnsidentdən sonra qeydə alınan videoda reperin qadının üstünə qışqırdığı görünür.
Qeyd olunur ki, fanat artistdən avtoqraf almaq istəyib və reperin icazəsi olmadan onun şəklini çəkib. Hadisə şahidləri TMZ-yə bildiriblər ki, bundan sonra Kanye fanatını baş və boynundan vurub. Zərbədən fanat yıxılıb və başı yerə dəyib.
"Məndən aralı dur", - videoda reperin onu sakitləşdirmək istəyən qadının üstünə qışqırdığı görünür.
Həmçinin bildirilir ki, polis döyülmə faktı üzrə araşdırmaya başlayıb.