Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ildən intensiv bağlara subsidiyaların verilməsinə başlanılır

Bu ildən intensiv bağlara subsidiyaların verilməsinə başlanılır

Tarix: 2 Sentyabr 2019 16:44

Bakı. Samir Əli - Trend:

2019-cu ildə əkin subsidiyasına ümumillikdə 292 mln. manat vəsait müəyyənləşib.

Trend-in məlumatına görə, bunu Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib.

Nazir müavini yeni müəyyənləşdirilmiş əmsallarla bağlı danışarkən qeyd edib ki, intensiv bağlara subsidiyaların verilməsi bu ildən başlanılır. Məqsəd intensiv bağlara marağı artırmaqdır.

İ.Quliyev vurğulayıb ki, bu ilin 6 ayında kənd təsərrüfatı sahəsində 13 faizlik artım müşahidə edilib.

Xatırladaq ki, Şuranın avqustun 29-da keçirilmiş iclasında, Prezident İlham Əliyevin bu il iyunun 27-də təsdiqlədiyi “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydası”na əsasən qərar qəbul edilib. Qərara əsasən, fermerlərə subsidiya verilməsi üçün müxtəlif bitki növləri üzrə əkin əmsalları müəyyən edilib. Həmin əmsallar baza məbləğinə (200 manat) vurulacaq və bu yolla əkin subdisiyalarının məbləği müəyyən ediləcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  ildən intensiv bağlara subsidiyaların verilməsinə başlanılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ