Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2022 08:46
Kanadanın Müdafiə Nazirliyi Rusiya-Ukrayna sərhədində vəziyyətin gərginləşməsindən ehtiyat etdiyi üçün Ukraynaya xüsusi təyinatlı dəstə göndərib.
Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə öz mənbələrinə istinadən "Global News" kanalı məlumat yayıb.
Dəstə xüsusilə Rusiya-Ukrayna sərhədində vəziyyətin gərginləşdiyi halda kanadalı diplomatların təxliyəsi planının hazırlanmasına kömək etməlidir. Rəsmi olaraq, bu məlumat telekanala nə Müdafiə Nazirliyi, nə də Kanada hökuməti tərəfindən təsdiqlənməyib.
2015-ci ildən Kanada Silahlı Qüvvələri "Unifier" əməliyyatı çərçivəsində Lvov vilayətindəki Yavoriv poliqonunda Ukrayna Ordusunun əsgər və zabitlərinə təlim keçir.
Missiyaya təxminən 200 kanadalı hərbçi daxildir. 2019-cu ilin martında Kanada hökuməti Ukraynadakı missiyanın müddətini 2022-ci ilin yazına qədər uzatmaq qərarına gəlib.