Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Messi milliyə çağırılmayacaq - Son hadisələrə görə...

Messi milliyə çağırılmayacaq - Son hadisələrə görə...

Tarix: 18 Yanvar 2022 12:26

PSJ-nin futbolçusu Lionel Messi Argentina millisinin qarşıdakı oyunlarını buraxacaq.

Milli.Az "TyC Sports"a istinadən xəbər verir ki, yığmanın məşqçilər heyəti 34 yaşlı oyunçu koronavirusdan sağalmaqda davam etdiyi üçün onu milliyə çağırmayacaq. O, klubun sərəncamında qalacaq. 

Qeyd olunur ki, ilkin olaraq baş məşqçisi Lionel Skaloni Messiyə istirahət verməyi və onu DÇ-2022-nin seçmə mərhələsinin növbəti oyunlarına çağırmamağı planlaşdırıb.

Çünki milli komanda artıq dünya çempionatına vəsiqəni təmin edib. Bununla belə, futbolçunun özü oyunu buraxmaq istəməyib. Lakin son hadisələrə görə o, bu görüşlərdə oynamamaq məcburiyyətində qalacaq.
Beləliklə, Messi müvafiq olaraq yanvarın 27-də və fevralın 1-də Çili və Kolumbiya ilə keçiriləcək oyunlarda iştirak etməyəcək.

Milli.Az


Etiketlər:  Messi milliyə çağırılmayacaq Son hadisələrə görə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ