Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2022 09:58
ABŞ-ın Tennessi əyalətində 8 il əvvəl müştərisinə su yerinə kimyəvi məhlul verən restoran rəhbərliyinə 9,4 milyon dollar təzminat cəzası verilib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Uilyam Kronnon adlı müştəriyə kimyəvi məhlulla dolu bir bardaq servis edilib.
Bu səbəbdən "Cracker Barrel"ə əvvəlcə 4,4 milyon, daha sonra isə əlavə olaraq 5 milyon dollar cəza verilib. Restoran rəhbərliyi isə qərara etiraz edərək 8 il əvvəl baş vermiş hadisəni "gözlənilməz bədbəxtlik" adlandırıb.
Xatırladaq ki, Kronnon 2014-cü ilin aprelində səhvən masasına gətirilmiş kimyəvi məhlulu içdikdən sonra qida borusunda daxili fiziki zədələnmə meydana çıxıb.