Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2022 11:24
ABŞ İraqdan qeyri-qanuni yolu ilə çıxarılmış iki qiymətli əsəri İraqa təhvil verəcək.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd əl-Səhhaf çıxış edib.
O qeyd edib ki, yanvarın 20-də yaşı 4 000 ildən çox olan iki artefakt İraq Respublikasının Los-Ancelesdəki Baş Konsulluğuna təhvil veriləcək.
Əs-Səhhaf qeyd edib ki, birinci artefakt qədim Şumer şəhəri Ura aid mixi yazı (mixi yazını gil lövhəciklər üzərində mıxla yazırdılar.red) lövhəsidir, ikincisi isə Qədim Babil dövrünə aid mixi yazının fraqmentidir.