Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Özlərini qəsdən Omicrona yoluxduranlar...'' - Cərrah-otolarinqoloq

“Özlərini qəsdən Omicrona yoluxduranlar...'' - Cərrah-otolarinqoloq

Tarix: 20 Yanvar 2022 08:34

"Koronavirusun omicron ştamına yoluxma COVID-19-un bütün sonrakı variantlarından qorunmanı təmin edəcəyi ilə bağlı təsəvvürlər yanlışdır".

Sonxeber.net APA-ya istinadən xəbər verir ki,  bunu Avstraliyanın Melburn şəhərindən olan cərrah-otolarinqoloq Erik Levi "tvitter"də yazıb.

Mütəxəssis bildirib ki, hətta bəzi insanlar qəsdən özlərini omicrona yoluxdurmağa çalışırlar:

"Axı siz bilmirsiniz ki, immunitet sisteminiz zərbə almağa hazır olacaq ya yox. Çoxlarına bu xəstəlik son dərəcə çətinliklər yaradır".

Həkimin fikrincə, belə təhlükəli addım onları gələcək yoluxmalardan xilas etməyəcək.

Erik Levi əlavə edib ki, xəstə olduqdan sonra bir insan maksimum dörd həftə toxunulmazlıq alır.

O, həmçinin xatırladıb ki, peyvənd koronavirusa qarşı ən etibarlı müdafiə olaraq qalır.


Etiketlər:  Özlərini qəsdən Omicrona yoluxduranlar Cərrah otolarinqoloq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ