Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2022 20:27
Ürək damarlarının sağlamlığını təmin etmək Omeqa 3 yağ turşuları bol olmalıdır.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, dietoloq həkim Lera Lavskiy bu turşuları təbii olaraq almaq üçün lazım olan qidaları sadalayıb.
"Ürəyin koronar və əlavə damarlarının tonusunu və divar tamlığını saxıamaq üçün C vitamini ilə zəngin qidalar yemək lazımdır: bunlar itburnu, yemişan, kivi, kələm şorbasıdır.
Omeqa 3 isə qırmızı balıq, qoz, badamda, tumlardadır.
Xolesterinin qarşısını almaq üçün hər gün çiy soğan və sarımsaq yeyin. Eləcə də B qrup vitaminləri artırın".