Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Yanvar 2022 20:15
ATV-nin "Nanəli" proqramının budəfəki qonağı əməkdar artist Elnarə Abdullayeva olub.
Sonxeber.net bildirir ki, proqramda Elnarə Abdullayevanın kəndlərdən birinə çəkdiyi bulaqdan danışılıb.
"İnanmazdım ki, böyüyüb bu qədər pul qazanacam. Xalqın, dövlətin qədrini bilməyi gərək Allah adama qıysın. Özümün də yadımdan çıxıb ki, neçə bulaq çəkmişik. Elə bilərlər ki, milyonum başımndan aşır. Birdən sabah pulum olmaz, sabah bu yaxşılığı edə bilmərəm deyə etmişəm. Bunları mən qaloş geyinəndə etmişəm".
Daha sonra həmin kənddə təmir etdiyi məsciddən görüntülər göstərilib. Elnarə Abdullayeva bunları Allah rızası üçün etdiyini bildirib:
"Allahın yazığı gəlib bunları mənə qismət elədi. Həmişə demişəm ki, Allahım, sənin rızan üçün edəcəyim işlərə yol ver ki, birdən sabah səsim olmaz. Bir adam mənə kömək etmədi".