Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2022 08:12
Su içmək deyəndə məhz SUyu nəzərədə tutmalıyıq - məsələn, qəhvə, çay, meyvə şirələri, meyvə içkilər və digər içkilər su demək deyil!
Buna əsasən, suyun planetdə heç bir digər içkilərində olmayan xüsusiyyətlərə malik olduğunu söyləyə bilərik.
1. Su kilo verməyinizə kömək edir
Su artıq çəki ilə mübarizənin ən təsirli yollarından biridir. Bu da bir neçə səbəbdəndir:
- Hər şeydən əvvəl, suyu yuxarıda göstərilən şirələr, qəhvə, çaylar və s. kimi sevdiyimiz əvəzedicilərdən fərqli olaraq ən az kalorilidir.
- Su iştahı zəyiflədən bir vasitə sayılır. Yeri gəlmişkən, ac olduğunuz zaman, çox güman ki, yalnız su içmək istəyirsiz.
- Su həm gizli, həm də açıq-aydın şişkinliyi aradan qaldırmağa qadirdir.
2. Su ürək sağlamlığınıza faydalı təsir göstərir
Bədən üçün kifayət qədər su içmək bir insanın ürək çatışmamazlığının riskini azaldır.
Alimlərin bu sahədə araşdırmalarının nəticələrinə görə, gündə ən azı 6 stəkan su içən insanlarda su içməyən insanlarla müqayisədə infarkt riski 40% azdır.
3. Su baş ağrısını azaldır
Baş ağrısı bir çox hallarda susuzluqdan qələn bir əlamətdir.
4. Suyun dərinin vəziyyətinə müsbət təsiri vardır
Su dərini təmizləyir. Təbii ki, dərini təmizləmək üçün vaxt lazımdır. Ancaq suyun müntəzəm olaraq istifadəsi sizə yaxşı təsir edəcək və bir müddət sonra həqiqətən gözəl nəticə əldə edəcəksiniz.
5. Su həzm prossesini normallaşdırır
İnsanın həzm sistemi böyük miqdarda maye tələb edir. Su qidanı düzgün həzm etmək üçün tələb olunur. Bundan əlavə, su turşuluğu tənzimləyir.
6. Su bədəni təmizləyir
Su bədəndən zərərli maddələrin və toksinlərin çıxarılmasına kömək edir. Toksinlərin böyük hissəsi hüceyrələr arasında - hüceyrələrarası mayenin içində toplanır. Su həm hüceyrələri, həm də hüceyrələrarası mayeni təmizləyir.