Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çay içdikdən sonra mütləq 1 stəkan su için - Həkimlər bildirir

Çay içdikdən sonra mütləq 1 stəkan su için - Həkimlər bildirir

Tarix: 25 Yanvar 2022 09:00

Tərkibində güçlü antioksidantlar olan çay xolesterolu azaldır, ürək, diabet və şəkər kimi xəstəliklərə qarşı qoruyucu qüvvəyə malikdir.

Bu xüsusiyyətlərindən faydalanmaq üçün çay şəkərsiz içilməli, içildikdən sonra isə üstündən su qəbul edilməlidir.

Ölkəmizdə çay çox istifadə edilir. Mütəxəssislər bildirirlər ki, çay düzgün qəbul edilmədikdə faydalı deyil, əksinə daha da zərərli bir içkiyə çevrilə bilər.

Medicina.az çayın düzgün qəbul edilməsi haqda bir sıra məlumatları təqdim edir.

Çay piylənmə, ürək xəstəlikləri, 2-ci tip şəkərli diabet, ağciyər, dəri, süd vəzi, prostat, yumurtalıq, ağız və düz bağırsaq kimi xərçəng növlərindən qorunmaq üçün çox faydalıdır.

Avropa Qida Təhlükəsizliyi Təşkilatı, hər bir insanın gündə 400-600 mq yəni 4 armudu stəkan yaşıl çay içilməsinin vacibliyini bildirir.

Hər gün içilən bir stəkan qara çay zehini qüvvətləndirir, 2-3 stəkanı isə qavrama qabiliyyətini artırır.

Çay içərkən onun miqdarına və şəkərsiz içilməsinə diqqət edilməlidir.

Zərərləri

Çox miqdarda çay böyrəklər və qaraciyərə zərər vura bilər.

Həmçinin həddən artıq içildikdə qarın ağrısı, mədə yanması, reflünün (gəyirmə) artması və qəbizlik kimi problemlərə səbəb olur. Tərkibində olan bol miqdarda kofein səbəbindən təlaş hissini və stressi artıraraq insanı aqressivləşdirir.

Gündəlik içilən çay su hesab edilə bilməz. Çay sidikqovucu xüsusiyyətlərə malikdir və bu səbəbdən orqanizmdən mayeni xaric edir, orqanizmdə susuzluq yaradır. İçdiyiniz hər bir stəkan çay ilə yanaşı 1 stəkan da su içməli olduğunuzu unutmayın.  

Çay dəmirin qana sovrulmasını azaldır. Yeməklə birlikdə qəbul edilən çay orqanizmdə dəmirin azalmasına gətirib çıxara bilər. Bunun səbəbi isə onun tərkibində olan tanin maddələrinin qidadan alınan dəmirin qana sovrulmasının qarşısını almasıdır. Yumurta yeyərkən çay içmək əvəzinə təzə meyvə-tərəvəz istifadə etmək daha yaxşı olardı.

Onu da nəzərdə saxlayın ki, çayı yeməkdən yalnız 2 saat sonra içmək olar.


Etiketlər:  Çay içdikdən sonra mütləq stəkan için Həkimlər bildirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ