Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mağazadan 500 min dollara uşaq almaq istədi - FOTO

Mağazadan 500 min dollara uşaq almaq istədi - FOTO

Tarix: 26 Yanvar 2022 11:22

ABŞ-ın Texas ştatında başqasının uşağını satın almağa cəhd edən qadın həbs edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, hadisə yerli supermarketlərin birində baş verib.

49 yaşlı Rebekka Taylor, iki uşağı ilə kassada növbəyə dayanan qadına yaxınlaşıb, qucağındakı mavi gözlü və sarı saçlı körpəni oynadıb, sonra isə bu uşağı satın almaq istədiyini deyib. Ana onun zarafat etdiyini sanaraq gülüb. Lakin Teylor niyyətində ciddi olduğunu deyib və hazırda maşhınında 250 min dollar (425 min manat) olduğunu deyib.

Ana ondan uzaqlaşıb, lakin mağazadan çıxarkən Teylor ona bir daha yaxınlaşaraq körpə müqabilində 500 min dollar (850 min manat) verməyə hazır olduğunu deyib. Bundan sonra ana hadisə ilə bağlı polisə müraciət edib.

Teylor saxlanılıb. Lakin bir müddət sonra girov müqabilində buraxılıb.

Milli.Az


Etiketlər:  Mağazadan 500 min dollara uşaq almaq istədi FOTO


RƏYLƏR