Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Gənclər günü"nə həsr olunmuş konsert olacaq

Tarix: 26 Yanvar 2022 13:51

Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə "Gənclər günü"nə həsr olunmuş konsert proqramı təqdim olunacaq.

3 fevral  saat 19:00-da  Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə 2 fevral  "Gənclər günü"nə həsr olunmuş "Yeni gənclik" musiqi günləri çərçivəsində  konsert proqramı təqdim olunacaq. Konsertdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Zəhra Quliyevanın bədii rəhbəri olduğu "Detaşe" violin ifaçıları ansamblının konserti keçiriləcək. Proqramında BMA-nın III kurs tələbəsi, beynəlxalq müsabiqələr laureatı Osman Mustafazadə, Xədicə Mirqulamlı ,Şükufə Rəsulova çıxış edəcək. İfaçıları Səbinə Muradova müşayiət edəcək.

Qeyd edək ki, "Detaşe" ansamblının əsas fərqli xüsusiyyəti alət tərkibinin ancaq violinlərdən ibarət olmasıdır. Uzun illər səmərəli fəaliyyət göstərən kollektiv müxtəlif konsert məkanlarında maraqlı layihələri ilə musiqisevərlərin rəğbətini qazanmışdır.

Biletləri İticket.az saytından əldə etmək mümkündür.

Milli.Az


Etiketlər:  Gənclər gününə həsr olunmuş konsert olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ