Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əməkdar artist aktyorlara az pul verilməsindən gileyləndi

Əməkdar artist  aktyorlara az pul verilməsindən gileyləndi

Tarix: 27 Yanvar 2022 19:40

"Filmlərdə qonorar çox aşağıdır. Xaricdə elə pullar verirlər ki... Hər çəkilişə dörd kamera gəlir. Onlara pul ödənir. İşıqçılara qonorar lazımdı. Aktyora da deyirlər, bu qədərdi, gəl".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Çingiz Əhmədov "Günün sədası" proqramında deyib. Aktyor film və serial çəkilişlərindən sənət adamlarına az qonorar verilməsindən danışıb.

Ç.Əhmədov qonorarların azlığından gileylənib. 

Proqramda qonaq olan Əməkdar artist Cavanşir Məmmədov isə Xalq artisti Naibə Allahverdiyevanın seriallara pula görə çəkilməməsinə münasibət bildirərkən "Naibə Allahverdiyevanın 18-25 yaşı olsaydı ona da 5, 10 min verərdilər. Siz bilməyən hallar var. Sponsorlar və hədəfdə olan adamlar var. Prodüser heç kimdir. Onun başında duranlar var. Gözəgörünməyən adamlardır onlar" sözlərini söyləyib.

Milli.Az


Etiketlər:  Əməkdar artist aktyorlara az pul verilməsindən gileyləndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ