Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Naxçıvanda tağım komandirinin meyiti tapılıb

Naxçıvanda tağım komandirinin meyiti tapılıb

Tarix: 27 Yanvar 2022 20:22

Yanvarın 27-də "N" saylı hərbi hissədə tağım komandiri vəzifəsində xidmət edən 1995-ci il təvəllüdlü İsmayıllı Eşqin Etibar oğlunun meyitinin Culfa rayonunda yaşadığı evdə aşkar edilməsi ilə bağlı Culfa rayon prokurorluğunda araşdırma aparılır.

Baş Prokurorluqdan Milli.Az-a bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, eləcə digər zəruri tədbirlər həyata keçirilib.

İlkin məlumata əsasən, Eşqin İsmayıllı ürək çatışmazlığı səbəbindən vəfat edib

Milli.Az


Etiketlər:  Naxçıvanda tağım komandirinin meyiti tapılıb


RƏYLƏR