Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2022 05:35
Silahlı hücum nəticəsində həyatını itirən türkiyəli aparıcı Ece Erkenin həyat yoldaşı, "Beşiktaş" klubunun sabiq rəsmisi, vəkil Şafak Mahmutyazıcıoğlunun cənazəsi Rize şəhərinin Fındıklı kəndinə gətirilib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, hadisədən sonra özünə gələ bilməyən Ece də dəfnə qatılanlar arasında olub.
"Onu çox sevirdim, buna necə dözəcəyəm? Çox tez getdi. Kaş onun yerinə mən ölərdim" - deyə, aktrisa göz yaşlarına hakim ola bilməyib.
Qeyd edək ki, Şafak Yeşilköydə restoranlardan birindən çıxarkən gecə Türkiyə saatı ilə 00:30 radələrində adı açıqlanmayan şəxs və ya şəxslər tərəfindən güllələnib.
Ece Erken Şafak Mahmutyazıcıoğlu ilə ötən ilin yayında evlənmişdi.