Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həbsi tələb olunan müğənni ilə bağlı qərar verildi

Həbsi tələb olunan müğənni ilə bağlı qərar verildi

Tarix: 30 Yanvar 2022 10:10

Türkiyəli müğənni Berkay Şahin instaqramda Burak adlı izləyicini təhqir etdiyi üçün qatılmalı olduğu məhkəmə prosesinə getmək istəməyib.

Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, bu səbəbdən ifaçı polis əməkdaşları tərəfindən tutularaq hakim qarşısına çıxarılıb.

Berkay məhkəmə zalında özünü müdafiə edərkən yenidən təhqir məzmunlu ifadələr işlədib. Bundan başqa, ifaçı gördüyü əmələ görə, peşman olmadığını bildirib. Bu səbəbdən o, 26 min 400 lirə məbləğində təzminat ödəməyə məhkum edilib.

Qeyd edək ki, Berkay sosial media hesabında ailəsinin də yer aldığı paylaşımında ona mənfi şərh yazdığı üçün Burak adlı şəxsi təhqir edib. İzləyici müğənninin nalayiq ifadələrinə görə məhkəməyə müraciət edib və onun 4 il 4 aya kimi həbsini tələb edib.


Etiketlər:  Həbsi tələb olunan müğənni ilə bağlı qərar verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ