Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2022 15:30
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Gəncə şəhərində səfərdə olub.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Prezident İlham Əliyev Gəncə Dövlət Dram Teatrının yeni binasının, 2 saylı Gəncə regional "ASAN xidmət" mərkəzinin açılışlarında iştirak edib.
Dövlətimizin başçısı Gəncə İdman Sarayında aparılan tikinti işlərinin gedişi ilə tanış olub, "Azərbaycan Dəmir Yolları" QSC-nin lokomotiv deposunun açılışında iştirak edib, Gəncə Memorial Kompleksinin təməlini qoyub.
Prezident İlham Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinə - AZƏRTAC-a müsahibə verib.
Səfərdən geniş materiallar yanvarın 31-də dərc ediləcək.