Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Koronavirusun uzunmüddətliliyinin qarşısını almaq üçün tövsiyə olunan üç analiz

Koronavirusun uzunmüddətliliyinin qarşısını almaq üçün tövsiyə olunan üç analiz

Tarix: 1 Fevral 2022 15:06

COVID-19 ilə xəstələnmiş bir çox insan "uzunmüddətli koronavirus"la üzləşir. Belə olanda xroniki xəstəliklərin müxtəlif simptomları və iltihabları azı altı ay ərzində davam edə bilər. Buna görə də, ümumi vəziyyət yaxşılaşdıqdan, temperatur aşağı düşdükdən dərhal sonra analizlər vermək daha yaxşıdır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Milli Texnologiya Təşəbbüsünün "Healthnet" işçi qrupunun rusiyalı eksperti Andrey Lomonosov tövsiyə verib.

Onun sözlərinə görə, uzunmüddətli COVID-19-un qarşısını almaq üçün leykosit formulası ilə ümumi qan analizi, C-reaktiv zülal və D-dimer üçün analizləri verilməlidir.

Lomonosov bildirdi ki, ümumi qan analizi bədənin baza prametrləri haqqında ümumi məlumat verir.

"C-reaktiv zülal yüksəlirsə, bu, iltihabın davam etdiyini göstərir. Halbuki, bu zaman, temperatur yüksək olmaya bilər. Buna görə, arxayınlaşmaq üçün hələ tezdir", - deyə o, əlavə edib.

Həkim D-dimer analizinin vacibliyini də vurğulayıb.

"D-dimer analiz, bədənin qan laxtalarının aktiv şəkildə məhv olduğunu göstərir. Belədirsə, deməli, məhv ediləcək nəsə var", - deyə ekspert bildirib.

Lomonosov xəbərdarlıq edib ki, əgər nəticələr normadan kənara çıxırsa, dərhal həkimə müraciət edilməlidir.

Milli.Az


Etiketlər:  Koronavirusun uzunmüddətliliyinin qarşısını almaq üçün tövsiyə olunan üç analiz


RƏYLƏR