Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

20 il sonra bacı və qardaşları olduğunu öyrəndi - FOTO

20 il sonra bacı və qardaşları olduğunu öyrəndi - FOTO

Tarix: 1 Fevral 2022 16:20

BBC-nin aparıcısı və "X-Factor" yarışmasının keçmiş iştirakçısı Eşli Con-Baptist 20 yaşında bacı və qardaşlarının olduğunu öyrənib. Bu barədə onun özü danışıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, jurnalistin sözlərinə görə, iki yaşından himayədar ailələrdə böyüyüb.

"18 yaşın olmamış beş fərqli ev arasında dolaşmağın necə bir şey olduğunu təsvir etmək mümkün deyil. Məndə heç vaxt ailə və nəyəsə aidiyyət hissi olmayıb", - deyə jurnalist etiraf edib.

Lakin bir müddət əvvəl haqqında heç nə bilmədiyi qardaşı onunla "Facebook"da əlaqə saxlayıb və deyib ki, jurnalistin ondan əlavə daha iki qardaşı və bir bacısı var.

"Bu, tamamilə dəlilik idi, çünki mən heç kimimin olmadığını düşünürdüm", - deyə Con Baptist bildirib.

"Övladlığa götürülməyiniz bacı-qardaşlarınızın olma ehtimalını istisna etmir, lakin heç kim mütləq şəkildə bunu sizə demir. Amma əminəm ki, hamı kim olduğunu və kiminlə bağlı olduğunu bilmək istəyir", - deyə  Con-Baptist sözlərini yekunlaşdırıb.


Etiketlər:  sonra bacı qardaşları olduğunu öyrəndi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ