Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Onlayn alış-veriş zamanı qəbz verilmir: Məhsulların ƏDV-si hara gedir? - VİDEO

Onlayn alış-veriş zamanı qəbz verilmir: Məhsulların ƏDV-si hara gedir? - VİDEO

Tarix: 1 Fevral 2022 17:38

Kreditlə aldığı məhsulun ödənişlərini onlayn qayadada edən şəxs ƏDV-ni ala bilmir. Bu halla Binəqədi rayon sakini İlkin Əmirov qarşılaşıb. O, iddia edir ki, üzərində fiskal kod yazılan qəbzi məhsulu aldığı şirkətdən tələb etsə də, bunun mümkünsüz olduğu bildirlib. Yəqin ki, belə halla ilkin kimi digər vətəndaşlar da üzləşib. Çünki, əksəriyyətimiz kreditlə hər hansı məhsulu alan zaman onun ödənişlərini onlayn şəkildə həyata keçiririk. Belə vəziyyətdə isə ortaya maraqlı sual çıxır. Bəs onlayn qaydada ödənilən məhsulların ƏDV-si hara gedir? Ümumiyyətlə onlayn ödənişlər zamanı vətəndaşlara ƏDV geri qaytarıla bilərmi? Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, məsələyə Dövlət Vergi Xidməti də münasibət bildirib. 

Elekton mağazalardan birindən kreditlə 3 min manat dəyərində mobil telefon alan İlkin Əmirov məhsulun ƏDV-ni əldə edə bilmədiyini idda edir. Onun sözlərinə görə, məhsulun məbləğini hər ay hissə-hissə ödəniş terminalları vasitəsilə şirkətin kassasına ödəyir. İlkin Əmirov deyir ki, ödəniş terminalları fiscal kodlu  qəbz vermədiyinə görə şirkətə müraciət edib. Şirkətdən ona bildirilib ki, sözügedən qəbz yalnız nəğd şəkildə ödəniş edilən zaman verilir.

Onlayn şəkildə etdiyi ödənişlərə görə mağazadan qəbz ala bilməyən Binəqədi rayon sakini üzləşdiyi problemlə bağlı Dövlət Vergi Xidmətinə də şikayət edib.

Məsələ ilə bağlı Dövlət Vergi Xidmətindən "XəzərXəbər"ə bildirdilər ki, ödəniş terminalları vasitəsilə həyata keçirilən ödəmələr zamanı vətəndaşlar yalnız ödəniş qəbzini əldə edirlər. Həmin qəbzlər fiskal çek olmadığına görə, bu zaman ƏDV-nin geri qaytarılması da mümkün olmur.  Müvafiq qaydalara əsasən, vətəndaşın ƏDV-ni geri qaytarması üçün fiskal çek əldə edilməlidir. Vergi Məcəlləsinə əsasən, fiskal çeklərlə bağlı konkret tələblər mövcuddur. Xidmətdən o da əlavə olunub ki, bununla bağlı vətəndaşın müraciəti istənilən halda araşdırılacaq. Huquq pozuntusu qeydə alınarsa, aradan qaldırılacaq.
Milli.Az


Etiketlər:  Onlayn alış veriş zamanı qəbz verilmir Məhsulların ƏDV si hara gedir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ