Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2022 21:12
Böyük Britaniyanın Reklam Standartları Agentliyi (ASA) kriptovalyuta riski ilə bağlı xəbərdarlıqların olmaması səbəbindən Coinbase Europe, Kraken, eToro, Luno Money, Exmo Exchange və Coinburp üçün reklamları qadağan edib. Reklam Standartları Agentliyindən verilən məlumata əsasən bir çox reklamlar kriptovalyutalara investisiyalarla bağlı riskləri bildirmir. Sadalanan altı kriptovalyuta platformaların reklamları "istehlakçıların təcrübəsizliyindən məsuliyyətsiz şəkildə istifadə etməklə" müəyyən edilmiş qaydaları pozub. Agentlik məşhur Papa John's pizza şəbəkəsinin başlatdığı reklam kampaniyasını nümunə göstərib: Papa John's-un reklamında "10 funt sterlinq dəyərində pulsuz bitcoin" təklif etmişdi. Reklamda deyilirdi ki, 30 funt sterlinq dəyərindən çox pizza alıcıları Luno kriptovalyuta birjasından 10 funt sterlinq dəyərində BTC ala bilərlər. Papa John-un bu reklamı "Bitcoin Pizza Günü"-nə (22.05.2010) istinad edərək, Bitcoin-i təbliğ etmişdi.
Reklam Standartları Agentliyi: "İstehlakçılar rəqəmsal aktivlərə investisiya etməyin risklərindən aydın şəkildə xəbərdar olmalıdırlar. Kripto şirkətlər kriptovalyutalar kimi mürəkkəb məhsullar haqqında istehlakçıların məlumatsızlığından istifadə edərək reklamlarının insanları çaşdırmadığına və sosial məsuliyyətsiz etiketlənə riayət olunmasına əmin olmalıdır."