Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

105 yaşlı Afrika monarx uzunömürlülüyün sirrini bölüşüb

105 yaşlı Afrika monarx uzunömürlülüyün sirrini bölüşüb

Tarix: 2 Fevral 2022 14:50

Nigeriyanın Olomu krallığının ənənəvi hökmdarı Riçard Layeqen I Ovi Oqoni-Oqoro 105 yaşını qeyd edib. O, uzunömürlülüyünün sirrini bölüşüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ən yaşlı Afrika monarxının fikrincə, uzun ömür üçün korrupsiyadan çəkinməli və var-dövlət üçün can atılmamalıdır.

"Uzun yaşamaq istəyirsinizsə, əllərinizin təmiz olduğundan əmin olun: Korrupsiyadan çəkinin. Allah rüşvəti sevmir. Bundan başqa Allah bizə qonşumuzu özümüz kimi sevməyimizi buyurub. Amma  görün indi nələr baş verir?.. Qəzetlər daha çox qətl və bu kimi şeylərdən yazır. Uzun ömür istəyirsinizsə, əvvəlcə Allahı düşünün və onun istədiyini edin. O zaman çox yaşayacaqsınız", - deyə I Ovi Oqoni-Oqoro bildirib.

Milli.Az


Etiketlər:  105 yaşlı Afrika monarx uzunömürlülüyün sirrini bölüşüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ