Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İbrahim Tatlısesin oğluna 7 min işıq borcu gəldi - FOTO

İbrahim Tatlısesin oğluna 7 min işıq borcu gəldi - FOTO

Tarix: 3 Fevral 2022 19:55

Məşhur müğənni İbrahim Tatlısesin oğlu İdo Tatlıses yeni paylaşımı ilə diqqət çəkib. 

Milli.Az xəbər verir ki, sənətçi instaqram hesabında ona gələn işıq çekini paylaşıb. İdoya gələn çekdə bir aylıq işıqdan istifadə etdiyinə görə 7 min lirə (təxminən 890 AZN) borc pul yazılıb. 

Bunu sosial şəbəkədə yayımlayan sənətçi "Belə ölməyəcəm, raket atın" sözlərini yazıb.

Onu da bildirək ki, İdo model Yasemin Şefkatli ilə ailə həyatı qurub. Ötən il toyu olan cütlük uzun müddət mətbuatın müzakirə mövzusu olub. İbrahim toyda gəlininə qızıldan hazırlanan kəmər hədiyyə edib.

Milli.Az


Etiketlər:  İbrahim Tatlısesin oğluna 7 min işıq borcu gəldi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ