Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2022 14:45
Türkiyəli musiqiçi Şener Esen silahlı hücum nəticəsində həyatını itirib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında İzmir şəhərinin Buca səmtində baş verib. Naməlum şəxs və ya şəxslərin açdığı atəş nəticəsində 42 yaşlı musiqiçi ağır yaralanıb.
Silah səsini eşidən ətrafdakı insanlar polisə və təcili tibbi yardıma zəng vurub. Şener Buca Doğum və Uşaq Xəstəlikləri Xəstəxanasına aparılsa da, bütün müdaxilələrə baxmayaraq onu xilas etmək mümkün olmayıb.
Polis cinayəti törətdikdən sonra qaçanların axtarışı istiqamətində işləri davam etdirir.