Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Millət vəkili: “Mənin sülhməramlılara yazığım gəlir” - VİDEO

Millət vəkili: “Mənin sülhməramlılara yazığım gəlir” - VİDEO

Tarix: 5 Fevral 2022 17:06

"Sülhməramlılar sülh yaratmırlar, amma mənim onlara yazığım gəlir".

Sonxeber.net xəbər verir ki, bu fikirləri millət vəkili Aqil Abbas qatıldığı canlı yayımlardan birində deyib.
Belə ki, deputat sülhməramlıların fəaliyyəti ilə bağlı bu fikirləri səsləndirib: 

"Biz sənədə qol çəkmişik və hələ ki, 5 il müddətinə ərazi onların əlindədir, nəzarət etməlidirlər. Onlar da nəzarət etmək əvəzinə hər kəsin ora gedib-gəlməsinə icazə verirlər.

Fransanın prezidentliyə namizədi də gəlib-getdi icazəsiz. Sülhməramlılar sülh yaratmırlar, amma mənim onlara yazığım gəlir. Ermənilərə nökərçilik edirlər. Kartof əkirlər, üzüm əkirlər, ev tikirlər, uşaqlarına güllə atmağı öyrədirlər. Doğurdan yazığım gəlir. Rusiya kimi bir imperiya beş-on erməniyə nökərçilik edir".

Həmin görüntüləri təqdim edirik:


Etiketlər:  Millət vəkili Mənin sülhməramlılara yazığım gəlir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ