Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kiçik yaşlı uşaqlarda ayaq əyrilikləri: Müalicəyə ehtiyac varmı?

Kiçik yaşlı uşaqlarda ayaq əyrilikləri: Müalicəyə ehtiyac varmı?

Tarix: 5 Fevral 2022 21:03

Bir çox körpə dünyaya gələn zaman ayaqlarında müəyyən qədər əyriliklər olur. Bəzi uşaqlarda bu əyrilik həddən çox hiss olunduğu üçün təbii olaraq valideynləri narahat edir.

Bu səbəbdən valideynlər qüsurun aradan qaldırılması üçün problemin üzərinə tez düşərək onu aradan qaldırmağa çalışır. Lakin həkimlər hesab edir ki, uşaqlarda doğulduğu ərəfədən formalaşan hər ayaq əyriliyinin müalicəyə ehtiyacı yoxdur.

Mövzu ilə bağlı Axar.az-a danışan pediatr Altay Abdullaoğlu bildirib ki, körpə ayaq üstə qaldırıldığı zaman hər iki dizlər və ayaqlar bir-birinə təmas etməlidir:

"Əgər uşaq ayaq üstə durduğu zaman dizlər və baldırlar arasında nəzərə çarpacaq dərəcədə məsafə görünərsə buna O şəkilli ayaq əyriliyi (Genu varum) deyilir. O şəkilli ayaq əyriliyi olan uşaqlara tez-tez rast gəlirik. Artıq çəkili, tez gəzməyə başlayan uşaqlarda daha çox görünür. Çox hallarda O şəkilli ayaq əyriliyi uşaq böyüdükcə (adətən 2-3 yaşlarında) öz-özünə düzəlir. Belə əyriliyin müayicəyə ehtiyacı yoxdur.

Əgər uşaq ayaq üstə durduğu zaman bir-birinə toxunan dizlər və aralı ayaqlar müşahidə edilərsə, buna X şəkilli ayaq əyriliyi (Genu valgum) deyilir. Bu formalı ayaq əyriliyi də 3-6 yaşlarda öz-özünə düzəlir".

Həkim bildirib ki, ayaqdakı bu əyriliklər simmetrikdirsə, (hər 2 ayaqda eyni dərəcədə əyrilik varsa) heç bir müalicə ehtiyac yoxdur və zamanla düzələcək:

"Əgər əyrilik assimmetrikdirsə, əyriliklə yanaşı uşaqda başqa şikayətlər də olarsa, bu zaman başqa araşdırmalara gərək ola bilər. Çox hallarda bu cür ayaq əyriliyi olan körpələrə raxit, kalsium çatışmazlığı adı altında çoxlu sayda dərmanlar təyin edilir. Lakin əksər hallarda bu formalı ayaq əyrilikləri fiziolojidir və heç bir müalicəyə gərək yoxdur.

Əgər uşaqda raxit, kalsium çatışmazlığı kimi xəstəliklər düşünülərsə, bu zaman labarator analizlər olunmalı və analizlərin nəticələrinə görə dəyərləndirilmə aparılmalıdır. Nəzərə almaq lazımdır ki, körpəyə lazımsız yerə verilən yüksək dozada D vitamininin, kalsium preparatlarının orqanizmə çoxlu sayda toksik təsirləri var".


Etiketlər:  Kiçik yaşlı uşaqlarda ayaq əyrilikləri Müalicəyə ehtiyac varmı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ