Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Sentyabr 2019 01:50
Bakı. Trend:
II ANİMAFİLM Bakı Beynəlxalq Animasiya festivalının seçim komissiyası müsabiqə proqramına daxil edilmiş animasiya filmləri və ssenarilərin siyahısını elan edib.
Trend-in məlumatına görə, animasiya filmləri üzrə seçim komissiyası Rəşid Ağamalıyev (Azərbaycan), Liz Mansresa (Fransa), Vojtěch Kiss (Çexiya), Nəzrin Əlizadə (Azərbaycan), Piotr Ficner (Polşa) və Ilenia Cotardodan ibarətdir. (İtaliya).
Ssenarilər üzrə seçim komissiyası isə tanınmış yazıçı Sevinc Əzimovadır (Elsevər) (Azərbaycan).
Seçim komissiyası “Ən yaxşı qısametrajlı animasiya filmi” (20 dəqiqəyə qədər) 197 film, “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” (10 dəqiqəyə qədər) 66 film, “Qısametrajlı animasiya filmi üçün ən yaxşı orijinal ssenari” 13 ssenari arasından seçim edib. Cəmi 50 müxtəlif ölkədən 268 müraciət edilsə də onlardan yalnız 54-ü müsabiqədə iştirak edəcək.
Sonda onu da qeyd edək ki, bütün filmlər və ssenarilər beynəlxalq münsiflər heyəti və uşaqlardan ibarət münsiflər heyəti tərəfindən baxılacaq və qaliblər 2019-cu ilin oktyabrın 20-də 2-ci ANİMAFİLM festivalının bağlanış mərasimdə elan olunacaq.
Seçim komissiyasının qərarına əsasən Azərbaycandan yalnız bir film göndərildiyindən, “Ən yaxşı qısametrajlı Azərbaycan animasiya filmi” kateqoriyası üzrə müsabiqə keçirilməyəcək. Həmin yeganə film “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” müsabiqəsidə yarışacaq.
ANİMAFİLM komandası bütün animasiya film və ssenarilər müəlliflərini təbrik edir.
www.animafilm.az
İnformasiya dəstəyi - Trend.az
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin