Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zülfiyyə Xanbabayeva niyə ağ və qara geyinir? - VİDEO

Zülfiyyə Xanbabayeva niyə ağ və qara geyinir? - VİDEO

Tarix: 8 Fevral 2022 16:50

"Özlərinin istedadı varsa, onlara dəstək lazım deyil. Dəstək vacib deyil. Özü haradansa, harasa vuracaq və çıxacaq. Bizim çox istedadlı gənclərimiz var".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva "Deməsəm olmaz" proqramında deyib. Müğənni gənclərə dəstəkdən danışıb.

Xanbabayeva estradanın hazırki vəziyyətindən gileylənib:

"Düşünürəm ki, hələ estradamız... Ümid edirəm ki, yaxşılığa doğru gedər. Pozitivə köklənək.

Rəqabət olan yerdə söz-söhbət ola bilər. Bu da gəlib ifrat dərəcəyə çıxır. Amma sağlam rəqabət aparıb, bir-birinə işiylə cavab verəndə, yaxşı olur. Yoxsa o deyir, bu deyir... Bunu çoxdandır qulaqlarım eşitmir".

Müğənni hər zaman ağ və qara geyimlərə üstünlük verməsi haqda suala isə "Həyatın zolağıdır: ağ və qara. Üçüncü var? Ya ağla, ya qara ilə gedirsən, qırmızı ilə getmirsən ki..." cavabını verib. 


Etiketlər:  Zülfiyyə Xanbabayeva niyə qara geyinir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ