Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ötən gün “COVID-19” pasportu olmayan 50 nəfər toya buraxılmayıb

Ötən gün “COVID-19” pasportu olmayan 50 nəfər toya buraxılmayıb

Tarix: 9 Fevral 2022 10:20

Fevralın 8-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 99 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, monitorinq 97 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 2 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 50 nəfər "COVID-19" pasportu olmadığına görə şənliyə buraxılmayıb.


Etiketlər:  Ötən gün COVID pasportu olmayan nəfər toya buraxılmayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ