Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Sentyabr 2019 09:36
Bakı. Trend:
Çinin baş nazirinin müavini Lyu Xe və ABŞ-ın maliyyə naziri Stiven Mnuçin və ticarət nümayəndəsi Robert Laythayzer arasında telefon danışığı olub.
Trend-in məlumatına görə, telefon danışığı zamanı rəsmilər ticari danışıqların yeni mərhələsinin başlanması barədə razılaşıblar.
Qeyd edək ki, daha öncə, sentyabrda danışıqların yeni mərhələsinin keçiriləcəyi barədə bildirmişdi. Sonuncu dəfə isə iki ölkənin rəsmilər arasında belə yüksək səviyyəli danışıqlar iyulun 31-də Şanxayda baş tutub.
Daha öncə ABŞ Prezidenti Donald Tramp öz “Twitter” səhifəsində ticarət sahəsində ikitərəfli mübahisələrin nizamlanması üzrə ABŞ-Çin danışıqları yaxşı davam etdiyini qeyd etmişdi.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin