Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Sentyabr 2019 11:20
"Bavariya”nın futbolçusu Jerom Boatenq keçmiş həyat yoldaşını döyməkdə şübhəli bilinir.
Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 31 yaşlı müdafiəçinin keçmiş həyat yoldaşı ondan polisə şikayət edib. Qadın Boatenq tərəfindən ona bədən xəsarətləri yetirildiyini bildirib.
Məsələ ilə bağlı bəzi araşdırmalar aparıldıqdan sonra iş Münhen şəhər məhkəməsinə göndərilib.