Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2022 22:00
Avropa İttifaqına (Aİ) üzv dövlətlər sırasında doğum nisbəti ən aşağı olan ölkələrdən biri İtaliyadır.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, İtaliya Milli Statistika İnstitutunun (ISTAT) rəhbəri Gian Karlo Blanqiardo keçən il ölkədə qeydə alınan doğum sayının 400 mindən az olduğunu bildirib.
"Doğumların sayı əvvəlki ilə nisbətən azalıb. Bu baxımdan kritik bir dövrdən keçdiyimiz aydındır. 2020-ci ildə təxminən 405 min doğum olub. Ötən il bu göstərici 400 mindən aşağı düşüb. Altmış milyon əhalisi olan bir ölkədə doğum sayı 400 mindən az olmamalıdır. Bu o deməkdir ki, nəsil dəyişmə prosesi başlamayıb", - deyə o qeyd edib.
İnstitut rəhbəri hökumətin 2021-ci ilin noyabrında açıqladığı uşaq müavinəti paketinin müsbət qarşılandığını, lakin doğum nisbətindəki azalma tendensiyasının qarşısını almaq üçün başqa təşəbbüslərə ehtiyac olduğunu vurğulayıb.