Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sumqayıtda şəkər xəstələrinə dərman verilmir? - VİDEO

Sumqayıtda şəkər xəstələrinə dərman verilmir? - VİDEO

Tarix: 12 Fevral 2022 11:36

Sumqayıtda vətəndaşlara şəkər dərmanı paylanılan zaman pandemiya qaydalarına əməl olunmayıb. Bununla yanaşı, xəstələr istədikləri dərmanı xəstəxanadan ala bilmədiklərini iddia edirlər.

Milli.Az Xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət Sumqayıt Şəhər 1 saylı Şəhər Xəstəxanasının poliklinika şöbəsindən gedir.

Dərman almaq istəyənlərın bəziləri xəstəxananın giriş qapısında, bəziləri isə koridorda gözləyir.

Vətəndaşların iddiasına görə, onlara lazım olan dərmanları uzun zamandır ki, vermirlər.

"Sumqayıt Tibb Mərkəzi"ndən "Xəzər Xəbər"ə bildirildi ki, şəkər xəstələrinə dərman preparatları ilə təminat Nazirlər Kabinetinin müvafiq qərarına əsasən tənzimlənir. Qərara əsasən, şəkər xəstələri hər ay həm insulin, həm də həblərlə 40 təsir vahidində təmin olunurlar. Xəstəyə 40 təsir vahidindən artıq dərman preparatı həkim- mütəxəssis tərəfindən yazıla bilər. Xəstələrə yazılan bəzi şəkərsalıcı həblər və tabletlər molekulu eyni olan digər dərman preparatları ilə əvəz olunur. Bununla bağlı həkim-mütəxəssis xəstələrə müvafiq məlumat verir. Dərman preaparatları hər ayın 10-dan başlayaraq verildiyi üçün pasiyentlər daha tez müraciət edib almağa üstünlük verirlər. Qeyd olunan məsələlərlə bağlı maarifləndirmə işi aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Sumqayıtda şəkər xəstələrinə dərman verilmir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ