Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Sentyabr 2019 13:56
Kosta-Rika millisinin baş məşqçisi Qustavo Matosas istefa verib.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, yığmadakı işini darıxdırıcı hesab etdiyi üçün bu addımı atıb:
"Millidə işləməyin bu qədər cansıxıcı olduğunu bilmirdim. Çünki hər gün oyunçularla işləyə bilmirəm, məhsuldarlıq hiss etmirəm.Bəzən tətildə olduğumu düşünürəm. İki ayda bir dəfə futbolçularla görüşürəm. Problem olmayacağını düşündüm, amma hər gün darıxıram. Gündəlik işim yoxdur, buna görə axşamlar film izləyir və oyunlara baxıram. Belə həyat xoşuma gəlmir" - deyə 52 yaşlı mütəxəssis bildirib.
Qeyd edək ki, Qustavo Matosas 2018-ci ilin oktyabrında Kosta-Rika yığmasının baş məşqçisi təyin olunmuşdu.